"Napoli"nin hücumçusu Covanni Simeone klubun gələn mövsüm üçün planlarına daxil deyil. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 29 yaşlı argentinalının yay "transfer pəncərəsi"ndə Neapol klubunu tərk etmək ehtimalı yüksəkdir. Cinah müdafiəçisi Siril Nqonqe də komandadan ayrılacaq.

 

Qeyd edək ki, Simeone bu mövsüm 33 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.