"Bayer"in yarımmüdafiəçisi Florian Virts yaxın günlərdə "Liverpul"la müqavilə bağlayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu 22 yaşlı almaniyalıya həftəlik 380 min avro (illik 18,3 milyon avro) maaş ödəyəcək.

 

Qeyd edək ki, Virts cari mövsümdə 45 oyunda meydana çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun "Bayer" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.