Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

 

"Mançester Siti" öz meydanında "Real"la üz-üzə gəlib. Madriddə heç-heçə edən rəqiblər bu dəfə də "sülh" bağlayıblar. Hesabı qonaqlar açsalar da, mançesterlilər bərabərlik qolunu vura biliblər. 120 dəqiqə ərzində qalib müəyyənləşmədiyi 11 metrlik zərbələr seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan "Real" cütün qalibi olub.

 

Münhendə "Bavariya" "Arsenal"ı sınağa çəkib. Kimmixin vurduğu qol almanları yarımfinala yüksəldib.

 

Qeyd edək ki, yarımfinalda "Borussiya D" - PSJ, "Bavariya" - "Real" matçları baş tutacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Çempionlar Liqası
1/4 final, cavab oyunları

"Bavariya" – "Arsenal" - 1:0
Qol: Kimmiz, 63
İlk oyun – 2:2

"Mançester Siti" - "Real" - 1:1, 0:0, pen. 3:4
Qollar: 
De Bruyne, 76 - Rodriqo, 12
İlk oyun – 3:3