Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Sport24.az xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç baş tutub.

Münhendə Avropanın nəhənglərindən ikisi üz-üzə gəlub. "Bavariya"- "Real" qarşılaşmasında qapılara 4 top vurulub. Fasiləyə "Real" üstün yollansa da, ikinci hissənin əvvəlində münhenlilər 2 qol vurublar. Sona yaxın Madrid klubu penalti zərbəsi ilə məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, mayın 1-də keçiriləcək digər yarımfinalda Dortmund "Borussiya"sı PSJ-ni qəbul edəcək.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. "Bavariya" – "Real" - 2:2

Qollar: Sane, 53. Keyn, 57 (pen.) - Vinisius, 24; 83 (pen.)
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen. "Alyans Arena"