"İstərdim ki, klublar gənc qapıçılara çox şans versinlər. Məsələn, "Sabah"ın baş məşqçisi Murad Musayev Yusif İmanova çox yaxşı şans yaratdı. Yusif də bu şansdan istifadə etdi". Bu sözləri Sport24.az-a açıqlamasında millimizin sabiq, "Sabah"ın U-19 komandasının qapıçılar üzrə məşqçisi Rauf Mehdiyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqa klublarının heyətində yer alan gənc qapıçılarla bağlı danışıb: "Klublarımızda gənc və yaxşı qapıçılar var. Sadəcə, onlara şans vermək lazımdır. "Sabah" qorxmadan qapını Yusifə etibar etdi. Hər bir məşqçi gənclərə şans verməlidir. Gənc qapıçını qapıya qoyurlar, səhv etdisə, məsələ bağlanır. Amma qapıçıdır və səhv edə-edə, qol buraxaraq öyrənir, peşəkarlaşır".

 

 

KAMAL RZA