AVRO-2024-ün seçmə mərhələsində bu axşam keçiriləcək Avstriya - Azərbaycan matçı "CBC Sport"la canlı yayımlanacaq. Sport24.az xəbər verir oyun yerindən - Linz şəhərindəki “Raiffeisen Arena”dan şərh olunacaq. 

Bu məqsədlə şərhçi, telekanalın baş redaktoru Şəmsəddin Abbasov millimizlə birgə səfərə çıxacaq. O, martın 27-də İsveç yığmasıyla səfər matçımızı da yerindən şərh edəcək. Bu, Solna şəhərində "Friends Arena"dan olacaq.

Xatırladaq ki, Avstriya - Azərbaycan matçı Bakı vaxtilə saat 23:45-də, İsveç - Azərbaycan qarşılaşması saat 22:45-də başlayacaq.