Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrıla bilər. Sport24.az xəbər verir ki, 29 yaşlı müdafiəçi baş məşqçisi Joau Henrikesin gözündən düşüb.
Məmmədov sonuncu dəfə fevralda bu komandanın heyətində meydana çıxıb.
O, zədədən qayıtdıqdan sonra martda yığmanın oyunlarının ardından klubun düşərgəsinə gec qoşulub. Futbolçu gecikməsi ilə bağlı baş məşqçiyə məlumat belə verməyib. Bu isə onun heyətdən kənarda qalmasına səbəb olub.
Yığma üzvü artıq özünə yeni klub axtarır.
Qeyd edək ki, Rahil Məmmədov ötən ilin yayında "Radomyak"a keçmişdi. Bu komandada yığmamızın digər üzvü Renat Dadaşov da çıxış edir.