AFFA-nın keçirdiyi Region Liqasında pley-off mərhələsinin sonuncu - 12-ci iştirakçısı bəlli olub. Turnirin təşkilatçılarından Sport24.az-a verilən məlumata görə, Paytaxt və Şimal zonasında A və B qruplarıdan 2-ci yerlə pley-off matçlarına vəsiqə qazananların duelındən Qusarın "Şirvanovka" komandası qalib ayrılıb.

Belə ki, qusarlılar Bakı "Difai"sini cavab görüşündə də məğlub edib. Şirvanovka kənd stadionundakı bugünkü matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib. Qusarlılar bir həftə əvvəl paytaxtda 2:1 hesabıyla qalib gəlmişdi.

Bununla da Qusar pley-offdaa hər 2 komandasıyla təmsil olanacaq. Digəri "Şirvanovka"nı qrupundan 1-ci yerlə birbaşa çıxan Qusarın eyniadlı təmsilçisidi.