“Rəqibləri bəzən tam yaxından tanımırsan, necə oyun üslubuna malik olduğunu bilmirsən. “Səbail” də çox istəkli idi. Biz isə heyətdə rotasiya etmişdik".  Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının I turunda “Səbail” üzərində evdə 3:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis çox vacib 3 xal qazandıqlarını vurğulayıb: "Oyun bəlkə sakit gedirdi. Ancaq, xüsusən də, ilk hissədə xeyli çətinlik yaşadıq, narahatlıq oldu. Qələbə üçün futbolçular çox əziyyət çəkdilər. Çalışacağıq ki, qarşıdakı matçlara daha düzgün hazırlaşaq”.

Qurbanov yeni transfer Julio Romaonun performansından razılıq bildirib: “Onunla bağlı fikirlərim pozitivdir. İlk görüş idi ki, 60-65 dəqiqə oynadı. Hiss olunur ki, komandaya daha tez uyğunlaşacaq. Çox sərbəst, rahat idi, topla yaxşı davranırdı. Amma ümumi idman formasından uzaqdı. Oyun praktikası mütləq lazım olacaq. 3-5 oyun lazımdır ki, tam formaya düşsün”.

50 yaşlı çalışdırıcı Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la avqustun 9-da səfərdə keçiriləcək cavab matçı barədə də fikirlərini bölüşüb: “Hazırlaşmağa elə vaxtımız olmadı. Bu gün oynamayan digər futbolçular digər meydançada məşqə başladılar. Sabah da məşqimiz olacaq. Çalışacağıq oyunçuları görüşə kimi müəyyən səviyyəyə çatdıraq. Onları nəzəri hazırlamağa, fiziki formalarını qaydasına salmağa çalışacağıq. Vaxtımız da azdır. Ancaq futbolçuların performansı qaydasındadır. İnanıram ki, güclü rəqibə qarşı yaxşı oyun göstərəcəyik”.

0