"MOİK-dən getməyimin əsl səbəbi klub rəhbərliyinin işimə müdaxiləsi və istədiyimiz şəraitin qurulmamasıdır. Belə münasibət olan yerdə isə işləyə bilmərəm".
Bu sözləri Sport24.az-a açıqlamasında ötən gün öz istəyi ilə Birinci Liqada mübarizə aparan MOİK-dən ayrılan Qəzənfər Abbasov deyib.
Ordu klubunun artıq sabiq baş məşqçisi gələcək planları haqda da danışıb:
"Mən komanda üçün normal şəraitin yaradılmasını istəyirdim. İstəyimiz yerinə yetirilmirsə, orda qalmağın nə mənası var? Baş məşqçi postundan dünən ayrılmışam. Gələcəkdə hansısa klubdan təklif gəlsə dəyərləndirə bilərəm".
Qeyd edək ki, Abbasov 2022-ci ilin dekabrında MOİK-in "sükanı arxasına" keçmişdi.