"Neftçi" Misli Premye Liqasının 30-cu turunda "Karvan-Yevlax"la oyuna itki ilə çıxacaq. Sport24.az-ın məlumatına görə, Sessi Dalmeyda sözügedən matçda iştirak etməyəcək.
Buna yarımmüdafiəçinin cəzalı duruma düşməsi səbəb olub.
O, "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda sarı vərəqə görmüşdü. O, sözügedən matçda meydanda ən yaxşılardan biri idi.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən oyunçu Yevlaxdakı matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" oyunu mayın 5-də keçiriləcək.