Misli Premyer Liqasının XXII turunun açılış matçının keçirildiyi Qəbələdə qarlı hava hölm sürür. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşün iştirakçıları "Qəbələ" ilə "Neftçi" şaxtalı hava şəraitində mübarizə aparacaqlar.
Belə ki, Qəbələdə 2-3 gündü qar yağır və hazırda havanın temperaturu mənfi 3-4 dərəcədi.
Qəbələ şəhər stadionun əməkdaşları qarı təmizləyiblər və qazon çox yaxşı vəziyyətdi. Bu yerdə bildirək ki, meydançanın altında istiıik sistemi var və stadionundakı projektorlar da işə salınıb.
Xatırladaq ki, Qəbələdəki matç saat 15:00-da başlayacaq