"Qəbələ"nin uzun müddətdi xidmətindən məhrum qalan legioneri Yaovi Akakponun durumunda yaxşılığa doğru irəliləyiş var. Klubun baş meneceri Nail Kərimov Sport24.az-a açıqlamasında 24 yaşlı toqolu cinah yarımmüdafiəçisi üçün Antalya toplaışının çox səmərəli keçdiyini vurğulayıb: "Yaovi artıq tam gücüylə komandayla məşq edir, yoxlama oyunlarında da meydana çıxdı. Bu, ilyarımdan sonra baş tutdu. Yüngülvari ağrıları olur təbii ki, Amma əvvəlkiylə müqayisədə heç bir probleminin qalmadığıını deyir. Onu da söyləyir ki, hər gün özünü daha yaxşı hiss edir. Bunlar artıq müsbət məqamlardı. Hər halda. ilyarım futbol oynamamaq çox böyük müddətdi və Akakpo bu dövrdə iki dəfə əməliyyat olunub, dəfələrlə müayinələrdən keçib, müalicə alıb, iynə vurulub. Əlbəttə, onu yavaş-yavaş çempionatda da meydanda görə bilərik".

Xatırladaq ki, "Qəbələ" bu gün ilin ilk turunda"Kəpəz"in qonağı olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV