Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edən "Qəbələ" cari mövsüm I Liqada yalnız bir komandanı məğlub edə bilməyib. Sport.24-ın məlumatına görə, "qırmızı-qaralar" "Zaqatala"ya qarşı keçirdiyi hər iki matçda heç-heçəyə razılaşmalı olub - 0:0, 1:1. 

 

Kaxaber Sxadadzenin baş məşqçisi olduğu kollektiv digər 8 rəqibinin hər birini ən azı bir görüşdə yenməyi bacarıb. 

 

Hazırda 52 xalla lider olan "Qəbələ" 16 qələbə və 4 bərabərliyə imza atıb. Digər 2 heç-heçə "Bakı Sportinq" və "İmişli" ilə qarşılaşmalara təsadüf edib.

 

Qeyd edək ki, I Liqada mövsümün başa çatmasına yeddi tur qalıb.