“Bu məsələ klubdaxili toplantıda müzakirə olunur. Xaqani Məmmədovu futbol ictimaiyyəti yaxşı tanıyır. Heç vaxt hakimlərə qarşı aqresiv olmayıb, onları təhqir etməyib. Kiçik iradları nəzərə almasaq Məmmədov bu illər ərzində heç zaman ədalət təmsilçiləri ilə münasibətdə “çərçivə”ni aşmayıb". Bu sözləri Sport24.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov bildirib.

Onun sözlərinə görə, məşqçiləri Xaqani Məmmədov barəsində AFFA-nı İntizam Komitəsinin çıxardığı qərarla razı deyillər: "Fikrimizcə, ona verilən cəza və kəsilən cərimə həddən artıq ağırdı. Bu üzdən qərardan apellyasiya verməyi düşünürük”.

Qeyd edək ki, “Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində Məmmədov ikinci sarı, qırmızı vərəqə aldıqdan sonra baş hakimi (Əliyar Ağayevi - red.) təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Qəbələ” isə 4000 manat cərimə edilib. 

 

RƏŞAD QASIMOV