Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb. Sport24.az xəbər verir ki, klub ABŞ-ın tanınmış şirkəti “Capelli Sport”la əməkdaşlığa başlayıb. İdman geyimləri istehsalçısı ilə 3 illik müqavilə imzalanıb.

“Capelli Sport” “Qəbələ”nin idman geyimi tərəfdaşı olacaq. “Qırmızı-qaralar”ın əsas, əvəzedici və akademiya komandaları eksklüziv olaraq klub üçün hazırlanacaq geyimlərdə çıxış edəcək.

"Capelli Sport Europe"un prezidenti Key Moureg yeni əməkdaşlıq barədə fikirlərini açıqlayıb: "Qəbələ" ilə əməkdaşlıqdan çox məmnunam. Klub, onun üzləri və ruhu "Capelli Sport" üçün idealdır. Birlikdə mütləq gözəl işlər reallaşdıracağıq".