"Qəbələ" daha bir yeni sponsorla əməkdaşlıöa başlayır. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, "EuroClima" şirkətidi.

Rəsmi müqavilənin imzalanma mərasimi sabah Qəbələ şəhər stadionunda olacaq. "Qəbələ"nin prezidenti Fariz Nəcəfov tədbirdə iştirak edərək,  müqaviləyə imza atacaq.

Müddət 3 illik nəzərdə tutulub. Anlaşmaya əsasən, yeni sponsorun adı "Qəbələ" Futbol Akademiyasının komandalarının formalarının arxasında yazılaraq reklam olunacaq. 

Xatırladaq ki, "Qəbələ" Misli Premyer Liqasının XXVII turunda sabah saat 17:00-da "Şamaxı"nı qəbul edəcək.