Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son oyun günündə üç matç baş tutacaq. Günə Tovuzda start veriləcək. Turnir cədvəlinin aşağı pillələrində yer alan "Turan Tovuz" üst pillələrdə qərarlaşan komandalardan aralı düşməmək üçün "Qəbələ"dən 3 xal almağı planlaşdırır.

 

"Qırmızı-qaralar"ın da məqsədi qərb səfərindən qələbə ilə dönməkdi. Hesabat turunda "Kəpəz"in məğlub olması Elmar Baxşıyev və komandasına əlavə motivasiyadı. Qonaqlar səfərdən üzügülər dönəcəyi halda "sarı-göylər"lə aralarında olan xal fərqini 2-yə endirə bilər.

 

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirləcək qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXII tur

15:00. "Turan Tovuz" – "Qəbələ" 2:1 

Qollar: A.Souza, 43. A.Quseynov, 53- B. Auaşeriya, 77

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz. Şəhər stadionu 

"Turan Tovuz": 13. Aydın Bayramov, 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

"Qəbələ": 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev