Tiflis şəhərində keçirilən "Dinamo Cup" beynəlxalq turniri davam edir.

Sport24.az xəbər verir ki, yarışın ilk günündə "Riqa" (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin U-16 komandası dünən daha iki oyun keçirib.

Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb - 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub. İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü  yer uğrunda oyuna çıxacaqlar.

Qeyd edək ki, yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş 3 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”də iki belə futbolçu var.