"Qəbələ" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

 

Bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb. 24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

 

Meşakın son klubu Macarıstan təmsilçisi "Kazintsbartsika" olub. O, müxtəlif illərdə "Zalaeqerseq" (Macarıstan), "Nafta" (Sloveniya), "Livinqston", "Dandi Yunayted" (hər ikisi Şotlandiya) klublarında çıxış edb.