İngiltərə millisinin sabiq hücumçusu və tanınmış teleaparıcı Qari Lineker argentinalı hücumçu Lionel Messini futbol tarixinin ən yaxşı futbolçusu elan edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal" portalına açıqlama verib:
"Messi bütün zamanların ən güclü oyunçusudur. Onun tarixin ən yaxşısı olduğunu düşünürəm. Messi Kroyff, Zidan, Ronaldodan da yüksək səviyyədədir. O, həqiqətən də heyrətamizdir.
Zədələr olmasaydı, məncə, eyni kontekstdə braziliyalı Ronaldo haqqında da danışardıq. Amma təəssüf ki, brazliyalı zədələrdən əziyyət çəkdi. Bununla belə, o, inanılmaz işlər gördü və oynadığı dönəmdə azarkeşlərə sevinc bəxş etdi".
Qeyd edək ki, Messi "Qızıl top"un sayına görə rekordçudur. O, bu mükafatı səkkiz dəfə qazanıb.