"Qarabağ"ın yeni transferi Leandro Andrade komanda ilə ilk məşqinə çıxıb. Sport24.az xəbər verir ki, 23 yaşlı portuqaliyalı vinger bu gün Ağdam təmsilçisinin Antalyada baş tutan məşqində iştirak edib.
Qeyd edək ki, "Qarabağ" Bolqarıstanın "Çerno More" klubundan heyətinə cəlb etdiyi Leandro ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.