Bu gün "Qarabağ"ın "Azərsun Arena"da məşqi baş tutub. Sport24.az xəbər verir ki, hazırlıq prosesinin startından əvvəl Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar olaraq, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, dünən "Səbail"i bu stadionda 1:0 hesabıyla yenən "Qarabağ" növbəti turda martın 2-də həmin məkanda "Qəbələ"ni qəbul edəcək.