"Qalatasaray"dan fərqli "Qarabağ" xeyriyyə matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) məşq edəcək. Sport24.az xəbər verir ki, bu, oyunöncəsi son məşq - martın 25-də günün ikinci yarısında olacaq.

Özü də bu, media üçün açıq məşq olacaq və baş məşqçi Qurban Qurbanovun brifinq keçirəcək. Bu, saat 16:45-də olacaq. Saat 17:00-da ilk 15 dəqiqəsi media üçün açıq məşq başlayacaq. 

"Qalatasaray" isə məlum olduğu kimi, ölkəmizə həmin gün saat 23:40-da çarter reysilə gələcək və ertəsi oyuna çıxaraq dərhal da geri dönəcək.

Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da BOS-da saat 20:00-da keçiriləcək.