"Rəqib qapıçının öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəldim. Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu". Sport24.az xəbər verir ki, bu fikirləri  "Omoniya"sının futbolçusu Jordi Qomes Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup oyununda meydanın mərkəzindən vurduğu qol barədə danışarkən deyib.

36 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, həmin an ani qərar verərək bəxtini sınayıb: "Sevindirici haldır ki, istəyim baş tutdu. "Qarabağ"a bu cür qol vurmaq gözəl hissdir".

Qeyd edək ki, 3Qomes matçın 90-cı dəqiqəsində fərqlənərək, "Omoniya"ya 1 xal qazandırıb.