Misli Premyer Liqasının XXXIII turunun "Qarabağ" – "Sumqayıt" oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

 

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

Biletlər sabahdan "iTicket.az"da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında da satışda olacaq.

 

Sabah keçiriləcək oyuna saat 18:00-da start götürəcək. Matç "Azersun Arena"da baş tut

acaq.