"Qarabağ" Futbol Akademiyasında məşqçi dəyişikliyi baş verib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klubun U-17 komandasının baş məşqçisi Rauf Əliyevin "Şəfa"ya keçidindən sonra boş qalan vəzifəyə yeni təyinat reallaşıb.
Belə ki, Ağdam təmsilçisinin sabiq futbolçusu Emin İmaməliyev bundan sonra U-17 komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, İmaməliyev son olaraq U-17 milli komandamızda baş məşqçi Aqil Nəbiyevin köməkçisi kimi çalışıb.