Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış matçında “Qarabağ” və “Neftçi”nin əvəzediciləri üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər. Bu, son çempion olan Mahmud Qurbanovun komandasının cari mövsümdə ilk qələbəsi olub.
“Sabah”ın əvəzediciləri “Səabil”in ikinci komandası komandasını minimal hesabla məğlub edib. “Turan Tovuz” isə səfərdə “Qəbələ”nin əvəzedici komandasından güclü olub.
Birinci Divizion
4-cü tur
14 oktyabr
Qarabağ-2 – Neftçi-2 0:2
Qol: Xəqani Sadıxov, 30. Nihad Qurbanlı, 74.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elman Kərimov, Tural Qurbanov.
“ASK Arena”, 13:30 (pfl.az/canlı)
Sabah-2 – Səbail-2 1:0
Qol: Kamran Quliyev, 41.
Hakimlər: Rauf Allahverdiyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Cavid Cəlilov
Binə qəsəbə stadionu, 14:30
Qəbələ-2 – Turan Tovuz 1:2
Qol: Mehrac Baxşalı, 87 – Elçin Qasımov, 45+3. Sadiq Şəfiyev, 84.
Hakimlər: İnqilab Məmmədov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (pfl.az/canlı)
15 oktyabr
Qaradağ Lökbatan – Keşlə-2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30 (pfl.az/canlı)
Sumqayıt-2 – Kəpəz
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Emin Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30
Zaqatala – Zirə-2
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30 (pfl.az/canlı).