"Bodo Qlimt" yaxşı komandadır. "Qarabağ"ı çətin oyun gözləyir. Rəqibin son dövrlər avrokuboklarda uğurlu nəticələri var". Bu sözləri  "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev Sport24.az-a Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq "Bodo Qlimt" - "Qarabağ" oyununu barədə fikirlərini açıqlayarkən deyib.

 

Veteran futbolçu təmsilçimizin heyətində cəza səbəbindən oyunu buraxacaq olan futbolçular Elvin Cəfərquliyev və Julio Romanun yoxluğunu "Qarabağ" üçün ciddi itki hesab edib:

 

"Aparıcı futbolçular olduqlarını nəzərə alsaq, Elvin və Romaonun "Bodo Qlimt"lə oyunda iştirak etməməsi böyük itkidir. Komandamız onların yoxluğunu hiss edəcək".

 

Xatırladaq ki, "Bodo Qlimt" - "Qarabağ" matçı noyabrın 7-si keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.