"Qarabağ"ın heyətində tarixi qollardan birinə imza atmış Muarem Muarem özünə yeni komanda tapıb. Sport24.az xəbər verir ki, Ağdam klubunun sabiq futbolçusu "Şkupi"də məşqçi kimi işləyəcək.
O, Alpaslan Erdemin köməkçisi təyin edilib.
Xatırladaq ki, Muarem Muarem 2014/2015 mövsümündə "Qarabağ"ın Avropa Liqasının "Tvente"yə qarşı pley-off mərhələsinin cavab görüşündə qolunu vuraraq(1:1) komandasının ilk dəfə qrup mərhələsinə düşməsində önəmli rol oynamışdı.