"İctimai" Televiziyanın efirində avrokubok həyəcanı davam edir. Sport24.az xəbər verir ki, növbəti həftə daha 3 oyun futbol həvəskarlarına təqdim olunacaq.

 

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması da bu sırada olacaq.

 

Noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə "Budo Qlimt" klubu ilə görüşü telekanalımızın canlı efirində yayımlanacaq.

 

Qeyd edək ki, "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.