Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb. Sport24az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində dünən Macarıstanda "Ferensvaroş" üzərindəki qələbəsi (3:1) sayəsində mümkün olub. Bu qələbə reytinqə daha 0,250 əmsal əlavə edib. 

 

Hazırda Azərbaycan UEFA reytinqində əvvəlkitək 28-ci yerdə olmaqla əmsalını 19,500-ə çatdırıb. Son 5 mövsümün nəticələrinə əsasən təırtib olunan cədvəldə 27-ci yeri 19,725 əmsalla Ukrayna tutur. Azərbaycandan bir pillə geridə - 29-cu pillədə olan Bolqarıstanın isə 18,375 əmsalı var.

 

Qeyd edək ki, təsnifat mərhələlərində 1 qələbəyə 1, heç-heçəyə isə 0,500 əmsal verilir. Bu isə bir ölkənin iştirakçıları arasında bölünür (Azərbaycan üçün əmsal 4 yerə bölünür).