Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Braqa" – "Qarabağ" oyununun hakimləri bəlli olub. Sport24.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

 

İlk matçı danimarkalı Morten Kroq idarə edəcək. Onun köməkçiləri Vollenberq Rasmussen və Stefen Bramsen olacaqlar.

 

Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Rob Dieperink (Niderland), AVAR isə Yonas Hansen (Danimarka) olacaq.

 

Qeyd edək ki, fevralın 15-də Braqadakı "Estadio Munisipal"da baş tutacaq matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.