"Qarabağ"ın cari mövsüm UEFA Çempionlar Liqasındakı bombardiri Kamilo Duran sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, kolumbiyalı futbolçu qitənin bir nömrəli klub turnirindəki iştirakları ilə fikirlərini bölüşüb:
24 yaşlı oyunçu bunları yazıb:
"Bu tarixi anlara şahidlik etdiyimiz üçün Allaha şükür edirəm. Bizi dəstəkləyən azarkeşlərə və göndərdikləri mesajlara görə hər kəsə təşəkkür edirəm. Sonadək mübarizə apardıq. Komandamızla qürur duyuram."
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsinədək yüksələ bilib. Kamilo Duran Liqa və pley-off mərhələsində 5 qola imza atıb.