"Qarabağ" yeni mövsümün hazırlığını Avstriyada davam etdirir. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu toplanış çərçivəsində Ukraynanın "Metalist 1925" klubuna 4:5 hesabı ilə uduzub. Ağdam təmsilçisi növbəti oyunlarda "Tvente" və "Zalsburq"la üz-üzə gələcək.