AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir. Sport24.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarına səfər ediblər.

 

Səfər çərçivəsində bölgələrin futbol infrastrukturu ilə tanış olunub, "Qəbələ", "Sheki City", "Zaqatala" klubları, yerli UGİŞM nümayəndələri ilə görüşlər keçirilib, mövcud vəziyyət müzakirə edilib.