"Kəpəz" Rauf Hüseynli ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bölgə klubu müqavilə müddəti başa çatan müdafiəçini komandada saxlamaq istəməyib.
Hüseynli ötən mövsüm 27 görüşdə 2 qol vurub, 2 asist etmişdi.