Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Araz-Naxçıvan" bu gün ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Bayburtspor"la üz-üzə gəlib və 14:0 hesabı ilə qələbə qazanıb.

 

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.

 

Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.