"Qarabağ”ı böyük klub hesab edirəm. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik". Sport24.az xəbər ki, bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.
53 yaşlı norveçli mütəxəssis Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə iinkişaf edib. Hətta deyərdim ki daha da yaxşı olub, Bu klubbun tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır”.
Moe Bakının gözəl şəhər olduğunu söyləyib: “Burda bir neçə gün vaxt keçirməyi planlaşdırırıq. Hava limanından gələrkən şəhəri seyr etdik. Məncə, paytaxtınızla qürur duya bilərsiniz. Çünki Bakı çox gözəl şəhərdir”.
Baç məşqçinin sözlərinə görə, "Qarabağ”a qarşı müdafiədən oynamayacaqlar: “Futbolda özünəinam ən önəmli amildir. Nəyisə inkişaf etdirmək üçün ilk növbədə özünə inam olmalıdır. Sabah top bizdə olarkən qol fürsətləri yaratmağa, özümüz kimi olmağa çalışacağıq. Arxaya çəkilib müdafiədə oturmağı, əks-hücum futbolu göstərməyi planlaşdırmırıq. Çempionunuza qarşı mübariz oyun göstərəcəyik. Rəqib istər “Qalatasaray”, istərsə də “Qarabağ” olsun, məqsədimiz öz oyunumuzu göstərməkdir”.
Təcrübəli çalışdırıcı "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsində məğlub olduqları "Qalatasaray”la belə müqayisə edib: “Oxşar komandalardır. Əsas fərq “Qalatasaray”da böyük futbolçuların olmasıdır. “Qarabağ”ın üstünlüyü isə bir kollektiv kimi çıxış etməkdi".
Moe iheyətdəki itkilərə önəm verməyib: "Sabahkı matçda da inanmıram ki, oyunun taleyini konkret hansısa futbolçu həll edəcək. Hər iki tərəfdə itkilər var”.