Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçı məşqçiləri üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərə bu dəfə də yerli təlimatçılar - Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və Amil Ağacanov rəhbərlik edirlər.

 

Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda baş tutub.