Martın 14-dən 15-dək (birinci mərhələ), mayın 23-dən 25-dək (ikinci mərhələ), avqustun 19-dan 21-dək (üçüncü mərhələ) və oktyabrın 12-dən 14-dək (dördüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçiləri üçün UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək. Sport24.az xənbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:


1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti


Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlərin qəbulu martın 4-dək qəbul olunacaq.