"Liverpul" "Nyukasl"ın vingeri Entoni Qordonu transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, mersisaydlılar 24 yaşlı futbolçunun transferi üçün 100 milyon funt-sterlinq (117 milyon avro) ödəməyə hazırdırlar.

 

Qeyd edək ki, Qordon ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.