"Napoli" "Liverpul"un iki forvardı - Darvin Nunes və Federiko Kyeza ilə müqavilə imzalamağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızılar" Nunes və Kyezanın potensial satışından ümumilikdə 105 milyon avro gəlir əldə etmək istəyir. Napoli klubu artıq gələn həftə ingilis klubuna müvafiq göndərə bilər. Adları çəkilən futbolçuların transferində komandanın baş məşqçisi Antonio Konte şəxsən maraqlıdır.

 

Qeyd edək ki, Kyeza 2024-cü ilin yayında "Liverpul"a keçib. O, İngiltərə klubunda 14 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Keçən mövsüm Nunes bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.