"Barselona"nın keçmiş baş məşqçisi Xavi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, onunla "Əl Əhli" maraqlanır.
"Əl -Əhli"nin hazırkı baş məşqçisi Mattias Yassle başqa klublardan təklif aldığından, Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləni uzatmaq istəmir. Bu üzdən klub rəhbərliyi yeni namizədləri gözdən keçirir.
Qeyd edək ki, Xavi 2024-cü ilin mayında, "Barselona"dan qovulduqdan sonra işsizdir.