Qalatasaray”ın Azərbaycana səfərinin vaxtında dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi Bakıya martın 25-də saat 23:40-də çarter reysi ilə gələcək.

Bu isə o deməkdi ki, "sarı-qırmızılar”ın “Qarabağ”la oyun öncəsi məşqi və baş məşqçi Okan Burukun mətbuat konfransı olmayacaq. Halbuki, bunadək səfər həmin gün daha tez - saat 19:30-da olmalı idi. Burukun məşq proqramında dəyişiklik olduğundan səfər bir neçə saatlıq sonraya qalıb.

“Qalatasaray” matçdan dərhal sonra Azərbaycanı tərk edəcək. Oyundan sonra isə Okanın mətbuat konfransı planlaşdırılıb.

Xatırladaq ki, “Qarabağ” - Qalatasaray” xeyriyyə matçı martın 26-də Bakı Olimpiya Stadionunda saat 20:00-da keçiriləcək. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.