Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfərdə keçirməli olduğu matçın yeri dəyişdirilə bilər. Sport24.az bu ölkənin "Mundolusiada" nəşrinə istinadən xəbər verir ki, buna səbəb rəqibimizin aparıcı futbolçularının qarşılaşmada iştirak edə bilməmə təhlükəsidir.

Məsələ ondadı ki, İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Çünki həmin oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra karantinə alınacaqlar ki, bu da klubları razı salmır.

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası martın 24-də Lissabonda "Joze Alvalade" stadionda baş tunəzərdə tutulan görüşün başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.