AFFA-nın keçirdiyi Region Liqasında Paytaxt və Şimal zonasında pley-off mərhələsinin ilk matçı keçirilib. Sport24.az xəbər verir ki, Bakının "Difai" komandası Qusar "Şirvanovka"sını qəbul edib.

"ASK Arena"nın 4-cü meydançasında keçirilən görüş qonaqların 2:1 hesablə qələbəsiylə yekunlaşıb. Cavab qarşılaşması növbəti həftəsonu Qusarın Şirvanovka kənd stadionunda keçiriləcək. 

Xatırladaq ki, bu zonadan 2 komanda artıq pley-off iştirakçısıdı. Onlardan biri məhz Qusar təmsilçisi - "Qusar"dı. Son vəsiqənin sahibi bu pley-off oyunlarının yekununda müəyyənləşəcək.