Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Avstriyadadı. Sport24.az xəbər verir ki, milli komandamızla birgə səfərə çıxan qurum rəhbəri AVRO-2024--ün seçmə mərhələsində Avstriya - Azərbaycan matçını stadiondan izləyəcək. 

Bu, sabah Linz şəhərində olacaq. Bu gün isə Səmədov millimizin məşqində olub.

Xatırladaq ki, millimiz Avstriya ilə görüşdən sonra İsveçlə səfər oyununa yollanacaq. Bu qarşılaşma martın 27-də olacaq.