Azərbaycan milli komandasına debüt gerçəkləşib. Sport24.az xəbər verir ki, Ozan Can Kökçü ilk dəfə əsas yığmamızda çıxış edib
"Eyndhoven"in cinah yarımmüdafiəçisi Slovakiya ilə UEFA Millətlər Liqasının start heyətində yer almaqla reallaşdırıb..
Bununla da Ozan yığma tarixinə 259-cu kimi düşüb. Bunadək 282 matça çıxan millidə 258 futbolçu forma geyinib.
Onu da bildirək ki, bunadək son debütant bu il müdafiəçi Qismət Alıyev olmuşdu.