"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün Türkiyənin Antalya şəhərində Polşanın “Qurnik” (Lençna) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sport24.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdir. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər”.